AZ

Dağıstanda 2 mindən çox bina su altındadır

Ajans.az xəbər verir ki, bu barədə regionun rəhbəri Sergey Məlikov mövcud vəziyyətlə bağlı Rusiya Prezidenti Vladimir Putinə məruzəsində deyib. "Bütün səviyyələrdə yol hərəkəti və yol xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib və bərpa işləri aparır. Ümumilikdə 2000-dən çox yaşayış binası, 2100-dən çox şəxsi sahə və 180-dən çox yol hissəsi su altında qalıb", - deyə Melikov bildirib.

Qeyd edək ki, Dağıstanda, xüsusilə Mahaçqalada güclü leysan yağışları ciddi fəsadlara yol açıb, 1919-cu ildən bəri ən yüksək yağıntı rekordu qeydə alınıb. Daşqınlar nəticəsində yollar su altında qalıb, avtomobilləri sel aparıb, 60 mindən çox insan işıqsız qalıb. Bölgədə fövqəladə vəziyyət elan edilib, həyat iflic olub. İki gün öncə isə su anbarının bəndinin yarılması vəziyyəti də daha da ağırlaşdırıb.

Seçilən
28
12
Ajans.az

10Mənbələr