AZ

Bakıda evin dağıntıları altında qalan qadının durumu açıqlandı

Aprelin 7-də saat 03:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, G.Əsədov küçəsindən çağırış daxil olub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə “Yeni Sabah”a Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin və Sabunçu Tibb Mərkəzindən məlumat verilib. 

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 

Təcili tibbi yardım briqadası tərəfindən 31 yaşlı şəxs (qadın) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Döş qəfəsinin əziyi diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymərləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, aprelin 7-də paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gəray Əsədov küçəsində ev çöküb. Hadisə zamanı 1996-cı il təvəllüdlü Hüseynova Günel Etibar qızı dağıntılar altında qalıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

"Cebheinfo.az"

Seçilən
18
5
cebheinfo.az

7Mənbələr