Aprelin 7-də saat 03:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, G.Əsədov küçəsindən çağırış daxil olub.
Publika.az xəbər verir ki, bu barədə “Yeni Sabah”a Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin və Sabunçu Tibb Mərkəzindən məlumat verilib.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 31 yaşlı şəxs (qadın) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.