NİİM bunun üçün 4 milyon xərcləyəcək
Ümumdünya Şəhərsalma Forumu (WUF13) ilə əlaqədar Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzidəki (NİİM) "Barco" videodivar sistemləri yenilənəcək.BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq prosedur işlərinə start verilib. Həmçinin sistemlə əlaqədar bəzi proqram təminatları yenidən alınacaq. Sözügedən işlərin həyata keçirilməsinə xərclənəcək ilkin ehtimal olunan məbləğ 4 milyon 247 min 944 manatdır.