ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ümumdünya Şəhərsalma Forumu (WUF13) ilə əlaqədar Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzidəki (NİİM) "Barco" videodivar sistemləri yenilənəcək.
Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, bununla bağlı müvafiq prosedur işlərinə start verilib.
Həmçinin sistemlə əlaqədar bəzi proqram təminatları yenidən alınacaq.
Sözügedən işlərin həyata keçirilməsinə xərclənəcək ilkin ehtimal olunan məbləğ 4 milyon 247 min 944 manatdır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.