"İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsi tibb müəssisələrinin təcili tibbi yardım və digər şöbələri üçün tibb vasitələri alacaq.
"Cebheinfo.az" xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bununla bağlı müvafiq prosedur başlayıb.
Belə ki, alınacaq tibbi vasitələrin sırasına steril əlcək, sidik torbası (2 lt), sistem infuzion, birdəfəlik şpris (iynə ilə 2ml) və s. ləvazimatlar daxildir.
Sözügedən xidmətin həyata keçirilməsi üçün xərclənəcək ilkin ehtimal olunan məbləğ 4 825 098 manatdır.
"Cebheinfo.az"