AZ

Hörmüz boğazında Türkiyə bayrağı altında üzən kommersiya gəmilərimiz yoxdur - Nazir

Bakı.Trend:

Hazırda Hörmüz boğazında Türkiyə bayrağı altında üzən kommersiyagəmilərimiz yoxdur.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat naziriAbdulkadir Uraloğlu “CNN Türk” telekanalına verdiyi müsahibədəbildirib.

“Hazırda Hörmüz boğazında Türkiyə bayrağı altında üzən gəmiləryoxdur. Müharibənin başlanğıcında orada Türkiyə şirkətlərinə məxsus15 gəmi var idi. Onlardan ikisi boğazı tərk edib, dörd gəmiregional ticarətlə məşğuldur və boğazdan keçid tələb etmir, doqquzgəminin çıxarılması ilə bağlı isə Xarici İşlər Nazirliyi(Türkiyənin) ilə koordinasiya aparırıq”, – deyə nazir bildirib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündəsaxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazəverir.

Məqalədə:
Seçilən
51
3
az.trend.az

10Mənbələr