AZ

İranda ABŞ pilotlarını canlı tapana mükafat veriləcək - Yerli şirkət

Bakı. Trend:

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətində birboruqayırma şirkəti ABŞ-nin İranda vurulan qırıcı təyyarəsininpilotlarını canlı tapan şəxsə 150 milyard rial (təxminən 94,6 mindollar) dəyərində mükafat verəcəyini elan edib.

Bu barədə Trendİran KİV-ə istinadən məlumat verib.

Media şirkətin adını açıqlamayıb.

Eyni zamanda Buşehr vilayətində bir iş adamı ABŞ pilotlarınıcanlı gətirən şəxsə rəsmi şəkildə veriləcək mükafatlardan əlavə özütərəfindən 10 milyard rial (təxminən 6,3 min dollar) dəyərindəmükafat verəcəyini elan edib.

Əlavə edək ki, bu gün İran tərəfi ölkə səmasında ABŞ-yə məxsusF35 qırıcı təyyarəsinin vurulduğunu elan edib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündəsaxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazəverir.

Seçilən
39
10
az.trend.az

10Mənbələr