AZ

İsrail Tehranda hərbi obyektləri və raket anbarlarını bombalayıb

Bakı. Trend:

İsrail Hərbi Hava Qüvvələri ötən gün Tehranda keçirdiyiaviareydlər zamanı İrana məxsus hava hücumundan müdafiəsistemlərinə aid obyektləri və raketlərin saxlanıldığı anbarlarıbombalayıb.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF)məlumat yayıb.

Vurulan obyektlərdən birinin yer-hava tipli raketlərinsaxlanıldığı anbarın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH)aid olduğu bildirilir.

Bundan əlavə İsrail ordusu yeni silahların hazırlanması vətədqiqatları kompleksinə hədəflənmiş zərbələr endirib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündəsaxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazəverir.

Məqalədə:
Seçilən
38
10
az.trend.az

10Mənbələr