Sabah Türkiyədə dərbi olacaq. Trabzonun “Trabzonspor” klubu dogma meydanda İstanbulun “Qalatasaray” komandasını qəbul edəcək. Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi bu vacib oyunda bəzi ulduzlarının xidmətindən yararlana bilməyəcək. Sarı-qırmızılıların nigeriyalı hücumçusu Viktor Osimhen və yarımmüdafiəçi Leroy Sane zədə və kart cəzası səbəbindən bu kritik qarşılaşmada iştirak etməyəcək. Komandanın digər ulduzu Qabriel Sara da zədəli olduğu üçün forma geyinə bilməyəcək. Baş məşqçi Okan Buruk bu boşluğu doldurmaq üçün fərqli taktiki variantlar üzərində işləyir. “Trabzonspor” isə rəqibin əskiklərindən maksimum yararlanıb qalib gəlmək istəyir. Mütəxəssislər bu oyunu çempionluq yarışındakı “ən vacib matç” kimi qiymətləndirirlər.