AZ

Trabzonspor həsrətə son qoydu, Qalatasaray ı evə xalsız yola saldı

Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyə çempionatının 28-ci turunda lider ''Qalatasaray'' çox yaxşı mövsüm keçirən ''Trabzonspor''un qonağı olub. 3 əsas ulduzu - Osimhen, Sara və Sanesiz oynamaq məcburiyyətində qalan İstanbul nəhəngi fanatlarını məyus edib. Onuaçunun artıq 4-cü dəqiqədə fərqlənməsi ilə ''Cim-Bom'' mövsümdəki ən erkən qolunu buraxıb. Nigeriyalı forvard bu mövsüm başla 9-cu, ümumilikdə isə superliqada 22-ci qolunu vurdu və inamla bombardirlər yarışına başçılıq edir. İkinci hissənin əvvəllərində fanatlar daha bir qol izlədi. Sinqo Barış Alpər Yılmazın ötürməsini bir toxunuşla qola çevirdi. Ancaq son çempion bu matçda nəinki 3, heç 1 xal da qazana bilmədi. Mərkəz müdafiəçisi Nvaivu 62-ci dəqiqədə başla fərqlənərək komandasına mühüm qələbə qazandırdı. Bu komandaların ilk dövrədə İstanbuldakı oyunu qolsuz başa çatmışdı. Yəni ''Trabzonspor'' bu mövsüm ''sarı-qırmızılar''dan 4 xal qoparmağa müvəffəq oldu. Fatih Təkkənin komandası sona 6 tur qalmış liderlə xal fərqini 1-ə endirdi. Ancaq ''Qalatasaray''ın ehtiyatda 1 oyunu var. Yeri gəlmişkən, Təkkə məşqçi karyerasında superliqada ''Qalatasaray''a qarşı 8-ci oyunda, Okan Buruka qarşı isə 10-cu rəsmi oyunda ilk qələbəsini qazandı. ''Trabzonspor'' çempionat çərçivəsində İstanbul nəhənglərinə qarşı 882 günlük qələbəsiz seriyaya son qoydu! Son belə qələbə 2023-ün noyabrında səfərdə ''Fənərbaxça'' üzərində əldə edilmişdi (3:2). Həmin vaxtdan sonra qaradənizlilər İstanbul nəhənglərinə qarşı 13 superliqa matçından 3 heç-heçə, 10 məğlubiyyətlə ayrılmışdılar. Bu mövsüm 3-cü dəfə uduzan ''Qalatasaray'' 27 oyuna 64 xal toplayıb və hələ ki, Okan Burukun başçılığı altında ən zəif mövsümünü keçirir. Bundan başqa İstanbul nəhənginin rəsmi matçlarda ''Trabzonspor''a qarşı 9 oyunluq məğlubiyyətsiz seriyası da qırıldı. Bu gün derbidə ''Beşiktaş''a qalib gələcəyi təqdirdə ''Fənərbaxça'' da xal fərqini 1-ə endirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
icma.az

2Mənbələr