AZ

Viktor Osimhen “Fənərbağça”ya qarşı oynaya biləcək

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 8 aprel, AZƏRTAC

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Liverpul”la keçirilən cavab oyununda qolu sınan “Qalatasaray”ın futbolçusu Viktor Osimhenin son durumu bəlli olub.

AZƏRTAC xəbər verir ki, 27 yaşlı hücumçu Superliqanın XXXI turunda “Fənərbağça” ilə keçiriləcək derbiyə kimi hazır olacaq. Qarşılaşma aprelin 26-da reallaşacaq.

Futbolçu hazırda fərdi olaraq məşq edir.

Nigeriyalı oyunçu bu mövsüm “cim-bom”un heyətində 29 matçda 19 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
1
azertag.az

2Mənbələr