AZ

Subay şəxslər övladlığa uşaq götürə bilərmi? QANUN NƏ DEYİR

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycanda övladlığa uşaq götürmək istəyən vətəndaşlarımız kifayət qədərdir. Onların arasında ailə sahibi olmayanlar da var. Bəzi qadınlar və yaxud kişilər nigaha girmədən övlad sahibi olmaq istəyirlər.

Onların arasında bioloji cəhətdən övlad sahibi ola bilməyənlər də az deyil. Azərbaycan qanunvericiliyinə görə, övladlığa götürmə yalnız uşağın mənafeyi naminə və onun doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra həyata keçirilə bilər.

Bəs evli olmayan şəxslər övladlığa uşaq götürə bilərlərmi?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan vəkil Esmira Rzayeva bildirib ki, qanun subay şəxslərə də övladlığa uşaq götürməyə icazə verir.

O bunun üçün müəyyən şərtləri irəli sürüb:

“Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 121.2-ci maddəsinə əsasən, nikahda olmayan şəxslər tərəfindən övladlığa götürmə zamanı övladlığa götürənlə uşaq arasında yaş fərqi ən azı 18 il olmalıdır.

Bu qaydanın istisnaları da var. Qanuna görə, ögey ata və ya ögey ana, eləcə də uşağın yaxın qohumları (bacı-qardaş, nənə-baba, valideynlərin bacı və qardaşları və onların övladları) üçün bu yaş fərqi tələbi tətbiq olunmur.

Eyni zamanda, qanunvericilik açıq şəkildə bildirir ki, aralarında rəsmi nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər.

Onuda qeyd edim ki, surruqat ana və yaxud hamilə qadın övladı dünyaya gətirmədən onu övladlığa verə bilməz. Amma istənilən subay şəxs övladlığa uşaq götürə bilər”.

Qeyd edək ki, övladlığa götürmə ilə bağlı bütün qərarlar uşağın maraqları əsas götürülərək müvafiq dövlət orqanları tərəfindən qiymətləndirilir.

Afət

 Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
50
icma.az

10Mənbələr