AZ

Nəsib Bəy Yusifbəylinin bacısı nəvəsi vəfat etdi

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri (1919–1920), publisist Nəsib Bəy Yusifbəylinin bacısı nəvəsi vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, tarixi şəxsiyyətin bacısı nəvəsi Rafat Cuvarlinski Gəncədə dünyasını dəyişib.

Uzun illər həmkarlar ittifaqı qurumlarında çalışan R.Cuvarlinski 2013-cü ildə ölkənin sosial-ictimai həyatında göstərdiyi xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Qeyd edək ki, Rafat Cuvarlinski həm ana, həm də ata tərəfdən tanınmış nəslin nümayəndəsi olub. Hər iki nəslin xeyli nümayəndəsi Stalin repressiyasına məruz qalıb. Nəsib Bəy Yusifbəyli isə 31 may 1920-ci ildə Xalq Cümhuriyyətinin süqutundan sonra Kürdəmir yaxınlığında quldurlar tərəfindən qətlə yetirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
10
qafqazinfo.az

10Mənbələr