AZ

Nəsib Bəy Yusifbəylinin bacısı nəvəsi vəfat etdi – FOTO

Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri (1919–1920), publisist Nəsib Bəy Yusifbəylinin bacısı nəvəsi vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Ceyhun Nəbi sosial şəbəkə hesabında məlumat verib.

Tarixi şəxsiyyətin bacısı nəvəsi Rafat Cuvarlinski Gəncədə dünyasını dəyişib.

Qeyd edək ki, uzun illər həmkarlar ittifaqı qurumlarında çalışan R.Cuvarlinski 2013-cü ildə ölkənin sosial-ictimai həyatında göstərdiyi xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.


Bizim.Media

Seçilən
15
9
bizim.media

10Mənbələr