AZ

Pley-in mərhələsinin oyun cədvəli - ABL

Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin oyun cədvəli açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, qarşılaşmalar aprelin 3-10-u aralığında keçiriləcək.

Reqlamentə əsasən, iki qələbəyə ən tez çatan komanda 1/4 finala vəsiqə qazanacaq.

İlk oyun günündə – aprelin 3-də iki qarşılaşma baş tutacaq. Saat 15.00-da "Quba" ilə "Şəki" üz-üzə gələcək. Günün digər matçında, saat 19.00-da isə "Naxçıvan" "Sərhədçi" ilə münasibətlərinə aydınlıq gətirəcək.

Növbəti gün, saat 14.00-da "Gəncə" "Lənkəran"la qarşılaşacaq. Günün son oyununda, saat 16.00-da NTD "Sumqayıt"ı qəbul edəcək.

Tərəflər arasında cavab oyunları aprelin 6-7-nə təsadüf edəcək. Aprelin 6-da, saat 14.00-da "Şəki" – "Quba", 20.00-da isə "Sərhədçi" – "Naxçıvan" qarşılaşmaları keçiriləcək.

Aprelin 7-də isə daha iki oyun baş tutacaq. Saat 15.00-da "Lənkəran" "Gəncə"ni sınağa çəkəcək. Günün son matçında, saat 19.00-da "Sumqayıt" NTD ilə üz-üzə gələcək.

Zərurət yaranacağı halda, əlavə oyunlar aprelin 9-10-da təşkil olunacaq. Bu qarşılaşmalar pley-in mərhələsində qaliblərin müəyyənləşməsi üçün həlledici rol oynaya bilər.

Seçilən
6
5
football-plus.az

6Mənbələr