AZ

Azərbaycan Basketbol Liqasında pley in mərhələsinin oyun cədvəli açıqlandı

ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin oyun cədvəli açıqlanıb.

Fanat.Az xəbər verir ki, qarşılaşmalar aprelin 3-10-u aralığında keçiriləcək.

Reqlamentə əsasən, iki qələbəyə ən tez çatan komanda 1/4 finala vəsiqə qazanacaq.

İlk oyun günündə – aprelin 3-də iki qarşılaşma baş tutacaq. Saat 15:00-da "Quba" ilə "Şəki" üz-üzə gələcək. Günün digər matçında,msaat 19:00-da isə "Naxçıvan" "Sərhədçi" ilə münasibətlərinə aydınlıq gətirəcək.

Növbəti gün, saat 14:00-da "Gəncə" "Lənkəran"la qarşılaşacaq. Günün son oyununda, saat 16:00-da NTD "Sumqayıt"ı qəbul edəcək.

Tərəflər arasında cavab oyunları aprelin 6-7-nə təsadüf edəcək. Aprelin 6-da, saat 14:00-da "Şəki" – "Quba", 20:00-da isə "Sərhədçi" – "Naxçıvan" qarşılaşmaları keçiriləcək.

Aprelin 7-də isə daha iki oyun baş tutacaq. Saat 15:00-da "Lənkəran" "Gəncə"ni sınağa çəkəcək. Günün son matçında, saat 19:00-da "Sumqayıt" NTD ilə üz-üzə gələcək.

Zərurət yaranacağı halda, əlavə oyunlar aprelin 9-10-da təşkil olunacaq. Bu qarşılaşmalar pley-in mərhələsində qaliblərin müəyyənləşməsi üçün həlledici rol oynaya bilər.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
2
fanat.az

3Mənbələr