AZ

İtaliyada son 12 ildə ilk dəfə əhalinin sayı azalmayıb

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Son 12 ildə ilk dəfə olaraq İtaliyada əhalinin sayı azalmayıb, eyni zamanda orta ömür uzunluğu artmaqda davam edib.

Bizimyol.info xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, bu barədə ölkənin milli statistika qurumu ISTAT açıqlama yayıb.

Hesabata əsasən, 2026-cı ilin əvvəlində İtaliyanın əhalisi 58,94 milyon nəfər təşkil edib. Bu göstərici ötən illə müqayisədə demək olar ki, dəyişməyib.

“İtaliya hələ də əsasən mənfi təbii artımı yalnız çox yüksək səviyyəli müsbət miqrasiya hesabına kompensasiya edə bilən və əhalisi qocalmaqda davam edən bir ölkə olaraq qalır”, - deyə qurumdan verilən məlumatda qeyd edilib.

Bildirilir ki, ötən il İtaliyada doğulanların sayı 355 min nəfərə enib. Bu, 1861-ci ildən bəri qeydə alınan ən aşağı göstəricidir. Ölənlərin sayı isə 652 min nəfər səviyyəsində qalıb.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
67
6
icma.az

10Mənbələr