AZ

Dağıstanda kəskin bağırsaq infeksiyasına yoluxanların sayı 25 ə çatdı

ain.az bildirir, Bizimyol portalına istinadən.

Dağıstanın Qarabudaxtkent rayonunda kəskin bağırsaq infeksiyasına yoluxan və xəstəxanaya yerləşdirilən sakinlərin sayı 25-ə çatıb.

Bizimyol.info xəbər verir ki, regional Rospotrebnadzor idarəsindən verilən məlumata görə, səbəblər araşdırılır.

“Mütəxəssislər Qarabudaxtkent kəndində xəstəlik hallarının səbəblərini müəyyənləşdirir, hadisə yerində epidemiyaya qarşı briqada fəaliyyət göstərir. Hazırda 25 nəfər xəstəxanadadır. Xəstələrin vəziyyəti stabil qiymətləndirilir, ağır hallara rast gəlinməyib,” – deyə idarədən bildirilib.

İdarə həmçinin sosial şəbəkələrdə Kaspiyiskdə genişmiqyaslı zəhərlənmələr barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini qeyd edib. “Hazırda suyun keyfiyyəti ilə bağlı intoksikasiya əlamətləri ilə tibbi müəssisələrə müraciət faktları qeydə alınmayıb. İdarə 24 saatlıq monitorinq aparır, şikayətlər daxil olduqda dərhal yoxlamalar həyata keçiriləcək,” – deyə Rospotrebnadzor əlavə edib və əhaliyə yalnız qaynadılmış və ya butulka suyu istifadə etməyi tövsiyə edib.

Əvvəlcə Dağıstan Səhiyyə Nazirliyi 21 nəfərin, o cümlədən 14 uşağın Qarabudaxtkentdən bağırsaq infeksiyası ilə xəstəxanaya yerləşdirildiyini xəbər vermişdi. Dağıstan İstintaq Komitəsi ilkin olaraq bildirib ki, sağlamlıq vəziyyətinin pisləşməsi içməli suyun istifadəsi ilə bağlı ola bilər.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
6
icma.az

10Mənbələr