AZ

Qızılın qiyməti 4700 dolları ötüb

Bakı. Trend:

COMEX birjasında 2026-cı ilin iyun ayında çatdırılma üçün qızılfyuçerslərinin qiyməti 20 mart 2026-cı ildən bəri ilk dəfə olaraq 1troy unsiyası üçün 4700 dolları keçib.

Trend xəbər verirki, bu, ticarət platformasının məlumatlarında əksini tapıb.

Bakı vaxtı ilə saat 22:10-a olan məlumata görə, qızılın qiyməti3,15 faiz artaraq 1 troya unsiyası üçün 4701,1 dollara çatıb.

Saat 22:25-ə qədər fyuçerslər artım tempini bir qədər itirərək 1unsiya üçün 4694,9 dollar (+3,01 faiz) səviyyəsinə enib.

Bu arada, 2026-cı ilin may ayı üçün çatdırılma nəzərdə tutulangümüş fyuçersləri 1 troya unsiyası üzrə 75,275 dollar (+6,67 faiz)səviyyəsində olub.

Seçilən
21
2
az.trend.az

8Mənbələr