COMEX birjasında 2026-cı ilin iyun ayında çatdırılma üçün qızıl fyuçerslərinin qiyməti 20 mart 2026-cı ildən bəri ilk dəfə olaraq 1 troy unsiyası üçün 4700 dolları keçib.
Publika.az xəbər verir ki, bu barədə TASS ticarət platformasının məlumatlarına istinadla yazıb.
Bakı vaxtı ilə saat 22:10-a olan məlumata görə, qızılın qiyməti 3,15 faiz artaraq 1 troya unsiyası üçün 4701,1 dollara çatıb.
Saat 22:25-ə qədər fyuçerslər artım tempini bir qədər itirərək 1 unsiya üçün 4694,9 dollar (+3,01 faiz) səviyyəsinə enib.