AZ

Bu rayonun 15 kəndində işıq olmayacaq

Sabah Naxçıvan Muxtar Respublikasının Babək rayonunun bir sıra kəndlərdə elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

"Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, 110/35 kV-luq Xalxal yarımstansiyasından qidalanan 35/10 kV-luq Kərimbəyli yarımstansiyasında planlı təmir işləri aparılacaq.

Aprelin 1-i saat 11:00-dan 14:00-dək təmir işləri ilə əlaqədar olaraq Kərimbəyli yarımstansiyasından qidalanan 10 kV-luq xətlər üzrə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Bu səbəbdən Su kəməri, Kərimbəyli, Zeynəddin, Sirab kənd (Sirab zavod), Kosmos, Göynük və Quşçuluq hava elektrik verilişi xətlərində gərginlik olmayacaq. Həmin xətlər vasitəsilə enerji ilə təmin olunan Dizə, Qaraqala, Kəlbəoruc Dizə, Kültəpə, Kərimbəyli, Sirab kənd (Sirab zavod), Zeynəddin, Qahab, Naxışnərgiz, Nəcəfəli Dizə, Nəhəcir, Göynük, Yarımca, Badaşqan və Hacıvar kəndlərinə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilişi bərpa olunacaq.

Seçilən
32
16
far.az

10Mənbələr