ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Naxçıvan, 31 mart, AZƏRTAC
“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) tərəfindən 110/35 kV-luq “Xalxal” yarımstansiyasından qidalanan 35/10 kV-luq “Kərimbəyli” yarımstansiyasında planlı təmir işləri aparılacaq.
RETSİ-dən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aprelin 1-i saat 11-dən 14-dək təmir işləri ilə əlaqədar olaraq, “Kərimbəyli” yarımstansiyasından qidalanan 10 kV-luq xətlər üzrə elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
Təmir işləri ilə bağlı 10 kV-luq “Su kəməri”, “Kərimbəyli”, “Zeynəddin”, “Sirab kənd”, “Sirab zavod”, “Kosmos”, “Göynük” və “Quşçuluq” hava elektrik verilişi xətlərində gərginlik olmayacaq. Qeyd olunan xətlər vasitəsilə enerji ilə təmin olunan Dizə, Qaraqala, Kalbaoruc Dizə, Kültəpə, Kərimbəyli, Sirab kənd, Sirab zavod, Zeynəddin, Qahab, Naxışnərgiz, Nəcəfəli Dizə, Nəhəcir, Göynük, Yarımca, Badaşqan və Hacıvar kəndlərinə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Müxbir- Nail Əsgərov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.