AZ

Bayram günlərində zəhərlənənlərin sayı açıqlanıb

Bayram günləri ilə əlaqədar qeyri-iş günlərində (20.03.2026-30.03.2026) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 31 müraciət daxil olub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən məlumat verilib

Müraciət edənlərdən 12-si dərman, 1-i siçan dərmanı (rodensit), 1-i dəm qazı, 2-si fosfor üzvi birləşmələrdən, 3-ü anafilaktik şokdan, 3-ü allergik reaksiyadan, 9-u isə sirkə turşusundan zəhərlənən şəxslər olub.

Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar.

Seçilən
23
9
apa.az

10Mənbələr