AZ

Siçan dərmanı, sirkə turşusu, fosfor... - Zəhərlənənlərin SAYI

Bayram günlərində zəhərlənənlərin statistikası açıqlanıb.

Musavat.com xəbər verir ki, bayram günləri ilə əlaqədar qeyri-iş günlərində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 31 müraciət daxil olub.

"Müraciət edənlərdən 12-si dərman, 1-i siçan dərmanı (rodensit), 1-i dəm qazı, 2-si fosfor üzvi birləşmələrdən, 3-ü anafilaktik şokdan, 3-ü allergik reaksiyadan, 9-u isə sirkə turşusundan zəhərlənən şəxslər olub.

Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilib.

Musavat.com

Seçilən
8
9
musavat.com

10Mənbələr