AZ

Bayram günlərində 31 nəfər zəhərlənib

Bayram günləri ilə əlaqədar qeyri-iş günlərində (20-30 mart tarixlərində) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 31 müraciət daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-un soğusuna cavab olaraq Mərkəzdən məlumat verilib.

Qeyd olunub ki, müraciət edənlərdən 12-si dərman, 1-i siçan dərmanı (rodensit), 1-i dəm qazı, 2-si fosfor üzvi birləşmələrdən, 3-ü anafilaktik şokdan, 3-ü allergik reaksiyadan, 9-u isə sirkə turşusundan zəhərlənən şəxslər olub.

Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar.

Seçilən
13
14
bakivaxti.az

10Mənbələr