Şahmat üzrə 8, 10, 12, 14, 16 və 18 yaşadək oğlanlar və qızlar arasında ölkə çempionatına yekun vurulub.
"Football-plus.az" xəbər verir ki, yarış ilk dəfə paytaxtdan kənarda - Gəncə şəhərindəki Gəncə İdman Sarayında təşkil olunub. Ölkə çempionatının bağlanış mərasimində iştirak edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov qalibləri təbrik edərək onlara növbəti yarışlarda uğurlar arzulayıb.
Müxtəlif yaş kateqoriyalarında qalib və mükafatçıları təqdim edirik.
8 yaşadək oğlanlar:
1.Ziya Qubatov (Quba)
2.Məhəmməd Mirzəyev(Bakı)
3.Kəmaləddin Hüseynov (Bakı)
3.SuadRəhimli
8 yaşadək qızlar:
1.Əminə Əmənzadə (Bakı)
2.Selin Məmmədova (Gəncə)
3.Aylin Abbaslı (Şamaxı)
10 yaşadək oğlanlar:
1.Nurlan Qənizadə (Bakı)
2.Kənan Babasoy (Bakı)
3.Daniel Konovalov (Bakı)
10 yaşadək qızlar:
1.Nurcan Tahirova (Gəncə)
2. Banu Məmmədzadə (Bakı)
3. Şəms Carçılı (Qazax)
12 yaşadək oğlanlar:
1.Səfa Hümmətov (Bakı)
2.Kamran Babayev (Bakı)
3.Nurlan Əzizli (Sumqayıt)
12 yaşadək qızlar:
1.Mehriban Əhmədli (Gəncə)
2.Xanımzar Hümmətli (Sumqayıt)
3.Sadəgül Əfəndi (Bakı)
14 yaşadək oğlanlar:
1.Şəmsi Qaraxanov (Bakı)
2.Yaşar Şirinov(Bakı)
3.Suat İbrahimli (Bakı)
14 yaşadək qızlar:
1.Zəhra Allahverdi (Mingəçevir)
2.Leyla Mirzəliyeva (Sumqayıt)
3.Fatimə Mirzəliyeva (Sumqayıt)
16 yaşadək oğlanlar:
1.Paşam Əlizadə (Bakı)
2.Elçin Şəkərəliyev (Sumqayıt)
3.Hüseyn Qurbanov (Gəncə)
16 yaşadək qızlar:
1.Lalə Hüseynova (Bakı)
2.Əsnad Vəliyeva (Bakı)
3.Ayan Hüseynli (Bakı)
18 yaşadək oğlanlar:
1.Tunar Davudov (Bakı)
2.Rüstəm Rüstəmov (Sumqayıt)
3.Fərid Orucov (Sumqayıt)
18 yaşadək qızlar:
1.Nərmin Abdinova (Bakı)
2.Nurtən Nuriyeva (Sumqayıt)
3.Leyla Budaqova (Gəncə)
Qeyd edək ki, hər yaş qrupunda mükafatçı şahmatçılar müvafiq dərəcəli diplom və medalla təltif olunub. Azərbaycan çempionları müvafiq yaş qrupunda 2026-cı ilin dünya çempionatı və Avropa çempionatına, 2-ci yeri tutan şahmatçılar müvafiq yaş qrupunda 2026-cı ilin Avropa çempionatına ezam ediləcək. 3-cü yeri tutan şahmatçılara isə reytinqli beynəlxalq yarışda iştirak üçün 2000 AZN-dək maddi dəstək göstəriləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta