Şahmat üzrə 8,10,12,14,16 və 18 yaşadək oğlanlar və qızlar arasında ölkə çempionatına yekun vurulub.
Azərbaycan Şahmat Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, yarış ilk dəfə paytaxtdan kənarda - Gəncə şəhərindəki Gəncə İdman Sarayında təşkil olunub. Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov qalibləri təbrik edərək, onlara növbəti yarışlarda uğurlar arzulayıb.
Müxtəlif yaş kateqoriyalarında qalib və mükafatçıları təqdim edirik.
8 yaşadək oğlanlar və qızlar – Ziya Qubatov (Quba), Əminə Əmənzadə (Bakı)
10 yaşadək oğlanlar və qızlar – Nurlan Qənizadə (Bakı), Nurcan Tahirova (Gəncə)
12 yaşadək oğlanlar və qızlar – Səfa Hümmətov (Bakı), Mehriban Əhmədli (Gəncə)
14 yaşadək oğlanlar və qızlar – Şəmsi Qaraxanov (Bakı), Zəhra Allahverdi (Mingəçevir)
16 yaşadək oğlanlar və qızlar – Paşam Əlizadə (Bakı), Lalə Hüseynova (Bakı)
18 yaşadək oğlanlar və qızlar – Tunar Davudov (Bakı), Nərmin Abdinova (Bakı)
Qeyd edək ki, hər yaş qrupunda mükafatçı şahmatçılar müvafiq dərəcəli diplom və medalla təltif olunub. Azərbaycan çempionları müvafiq yaş qrupunda 2026-cı ilin dünya çempionatı və Avropa çempionatına, 2-ci yeri tutan şahmatçılar müvafiq yaş qrupunda 2026-cı ilin Avropa çempionatına ezam ediləcək. Üçüncü yeri tutan şahmatçılara isə reytinqli beynəlxalq yarışda iştirak üçün 2 min manat maddi dəstək göstəriləcək.