AZ

Araz Ağalarov 40 illik həyat yoldaşından ayrılıb, yenidən ailə qurdu (FOTO)

ain.az, Unikal.az saytına istinadən bildirir.

"Crocus Group" şirkətinin təsisçisi, azərbaycanlı iş adamı Araz Ağalarovun şəxsi həyatında dəyişikliklər baş verib.

"Unikal" kp.ru-ya istinadən xəbər verir ki, 70 yaşlı iş adamı 40 ildən çox birlikdə yaşadığı həyat yoldaşı İrina Ağalarovadan boşanıb və 27 yaşlı Alena İvanova ilə rəsmi olaraq evlənib.

Belə ki, Araz Ağalarovun yeni həyat yoldaşı artıq sosial mediada və sənədlərində soyadını dəyişib. 

Biznesmenin ilk evliliyindən iki övladı var: Xalq artisti Emin və qızı Şeyla.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
20
unikal.az

10Mənbələr