İspaniya hava məkanını ABŞ-İsrail hərbi əməliyyatında iştirak edən təyyarələr üçün bağlayıb.
Ölkə.az “El Pais”ə istinadən xəbər verir ki, rəsmi Madrid hücumlarda iştirak edən qırıcı və ya tanker təyyarələrinin Rota və Morón de la Frontera hava bazalarından istifadəsini qadağan etməklə yanaşı, səmasını Böyük Britaniya və ya Fransa kimi üçüncü ölkələrdə yerləşən Amerika təyyarələri üçün də bağlayır. Təyyarələrin uçuşuna və ya enişinə yalnız fövqəladə hallarda icazə verilə bilər.
Nəşr onu da qeyd edib ki, Madrid İspaniya və ABŞ arasında ikitərəfli müqavilədə nəzərdə tutulan bütün tapşırıqlar yerinə yetirilməyə davam edir. Məsələn, Madrid Avropada yerləşən təxminən 80.000 Amerika əsgərinə müntəzəm olaraq lojistik dəstək göstərir. İspaniyanın cənubunda yerləşən Sevilya Hava Hərəkətinin İdarə Edilməsi Mərkəzi Missuridən qalxan, İranı bombalayan və sonra bazalarına qayıdan Amerika bombardmançı təyyarələrinə hava naviqasiyası dəstəyi verir. “El Pais” yazıb ki, bu bombardmançılar uçuşlar zamanı İspaniya hava məkanına daxil olmur, Cəbəllütariq boğazından tranzit kimi istifadə edirlər.
İspaniyanın Baş naziri Pedro Sançes açıqlamasında deyib ki, İran rejiminə qarşı çıxsa da, beynəlxalq hüququ pozan əsassız və təhlükəli hərbi müdaxiləni dəstəkləmir. O əlavə edib ki, İspaniya Yaxın Şərqdəki münaqişə səbəbindən ayda 100 milyard avro itirir.
ABŞ prezidenti Donald Tramp İspaniya ilə ticarəti kəsməklə hədələyib.
Mürtəza