AZ

İsrail İranda silah zavodlarını hədəf alıb

İsrail ordusu ABŞ ilə hücumlarını davam etdirdiyi İranda son iki gündə 40-dan çox silah istehsalı müəssisəsini hədəf aldığını irəli sürüb.

"Cebheinfo.az" xəbər verir ki, İsrail ordusundan edilən açıqlamada İrana məxsus silah istehsalı müəssisələrinə yönəlik hava hücumlarının artaraq davam etdiyi qeyd olunub.

Açıqlamada ABŞ ilə birgə hücumlar təşkil etdikləri İranda son iki gündə 40-dan çox silah istehsalı müəssisəsinin vurulduğu iddiasına yer verilib.

Digər tərəfdən, dünən gecə İranın paytaxtı Tehrana təşkil edilən hava hücumlarında hədəf alınan müxtəlif silah istehsalı müəssisələrinə 80-dən çox bomba atıldığı iddia edilib.

İsrail qırıcılarının dünən gecə uzaqmənzilli zenit raketlərinin yığma zavodu, tank əleyhinə və zenit raket komponentlərinin istehsal edildiyi müəssisə ilə yanaşı, ballistik raket mühərriklərinin istehsal edildiyi bir kompleksi də hədəf aldığı qeyd edilib.

Seçilən
45
50
cebheinfo.az

10Mənbələr