AZ

Rasim Balayevdən danışan Xalq şairi: "Elə bir adamı sındırmaq mümkün deyildi"

"Həyatda çox mərd yaşadı. Ən son onunla Türkiyəyə müalicəyə gedən günü danışdıq".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Xalq artisti Rasim Balayevin vida mərasimində iştirak edən Xalq şairi Ramiz Rövşən bildirib.

O qeyd edib ki, Rasim Balayev elə bir sənətkar idi ki, kimsənin onun sındırmağa gücü yetməzdi:

"Rasim Balayev təkcə dahi sənətkar deyildi, həm də əsl Azərbaycan kişisi idi. Elə bir adamı sındırmaq mümkün deyildi. Mən elə bildim ki ayağı ağrıyır. Hətta bir az da zarafatlaşdıq. Çünüki mənim də ayağımda problem var. Rasim Balayev yumor hissi güclü olan insan idi. Allah rəhmət etsin".

Məlumat üçün bildirək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev ötən gün vəfat edib. O Türkiyənin İstanbul şəhərindəki "Memorial" xəstəxanasında dünyasını dəyişib.

Aktyor uzun müddət idi səhhətində yaranan ciddi problemlərlə əlaqədar müalicə alırdı. O ağciyər xərçəngi və şəkər xəstəliyindən əziyyət çəkirdi.

Zöhrə Pənahi

Seçilən
17
2
far.az

10Mənbələr