AZ

Pakistan XİN açıqladı: Yaxın zamanda ABŞ və İran...

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

ABŞ-İran danışıqları yaxın günlərdə İslamabadda baş tuta bilər.

Axar.az xəbər verir ki, bunu Pakistan xarici işlər naziri Məhəmməd İshaq Dar Misir, Türkiyə və Səudiyyə Ərəbistanı xarici işlər nazirləri ilə məsləhətləşmələrdən sonra keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Pakistan yaxın günlərdə mövcud münaqişənin hərtərəfli və davamlı həlli üçün iki tərəf arasında məzmunlu danışıqlara ev sahibliyi etməkdən şərəf duyacaq.

"Pakistan həm İranın, həm də ABŞ-ın danışıqların asanlaşdırılması üçün Pakistana etimad göstərməsindən çox məmnundur", - Dar vurğulayıb.

Qeyd edək ki, İslamabadda Yaxın Şərqdə gərginliyinin azaldılması ilə bağlı yüksək səviyyəli danışıqlar keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
3
axar.az

10Mənbələr