AZ

Çeçenistanda fövqəladə vəziyyət elan olundu

Çeçenistan ərazisində əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

BAKU.WS xəbər verir ki, bu barədə "Çeçnya Seqodnya" agentliyinə istinadən məlumat yayılıb. Bildirilir ki, Çeçenistan rəhbəri Ramzan Kadırov bununla bağlı müvafiq sərəncam imzalayıb.

Məlumata görə, qərarın qəbul edilməsinə səbəb bölgədə müşahidə olunan əlverişsiz hava şəraitidir. Belə ki, güclü yağışlar, dağlıq ərazilərdə leysanlar, yağış və sulu qar şəklində yağıntılar qeydə alınıb.

Eyni zamanda çaylarda suyun səviyyəsinin təhlükəli həddə yüksəlməsi və kiçikhəcmli sellərin baş verməsi risk yaradıb.

Qeyd olunur ki, tətbiq edilən rejim əhalinin qorunmasına və mümkün fəsadların qarşısının alınmasına yönəlib.

Seçilən
0
3
far.az

10Mənbələr