AZ

Çeçenistanda fövqəladə hal rejimi elan edildi

Rusiya Federasiyasının Çeçenistan Respublikası ərazisində əhalinin qorunması və əlverişsiz hava şəraitinin fəsadlarının aradan qaldırılması məqsədilə fövqəladə hal rejimi tətbiq edilib.

Rusiya KİV-ləri  xəbər verir ki, müvafiq sərəncamı respublika rəhbəri Ramzan Kadırov imzalayıb.

"Yaranmış fövqəladə hal regional xarakterli fövqəladə hallara aid edilsin və Çeçenistan Respublikası ərazisində "Fövqəladə hal" rejimi tətbiq olunsun", - sənəddə bildirilib.

FHN-in regional Baş İdarəsinin rəhbəri Əlixan Çakayevin məlumatına görə, aramsız leysan yağışları və çaylarda suyun səviyyəsinin qalxması nəticəsində Çeçenistanın 18 yaşayış məntəqəsi ərazisində 1,8 mindən çox ev və həyətyanı sahə su altında qalıb. 500 nəfər təxliyə edilib. O əlavə edib ki, əlverişsiz hava şəraitinin fəsadlarının aradan qaldırılmasına ümumilikdə 2 mindən çox insan və 668 ədəd texnika cəlb olunub.

XQ

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Seçilən
9
6
xalqqazeti.az

10Mənbələr