AZ

Çeçenistanda fövqəladə vəziyyət elan olundu

Çeçenistanda daşqınlarla əlaqədar fövqəladə vəziyyət elan olunub.


Manset.az TASS-a istinadən xəbər verir ki, martın 27-dən etibarən 18 yaşayış məntəqəsində 1817 ev su altında qalıb, 17 körpü və 5 qaz kəməri zədələnib, həmçinin bənd yuyulub.

    Əlverişsiz hava şəraiti nəticəsində 28 yol dağılıb, 17 körpü, 5 qaz kəməri və 6 transformator zədələnib, 48 ev qismən dağılıb və bir bənd sıradan çıxıb.

    Su basmış Kunduxovo qəsəbəsindən 50-dən çox sakin təxliyə edilib.

    Təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 2 mindən çox insan və 668 texnika cəlb olunub.

    Seçilən
    13
    15
    manset.az

    10Mənbələr