AZ

Azərbaycanda “Yer saatı 2026” beynəlxalq kampaniyası qeyd edilib - FOTOLAR

Martın 28-də “Yer saatı” beynəlxalq kampaniyasının Azərbaycan üzrə rəsmi əlaqələndiricisi olan IDEA İctimai Birliyinin və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) birgə təşkilatçılığı ilə “Yer saatı 2026” (Earth Hour 2026) beynəlxalq kampaniyasına həsr olunmuş kütləvi aksiya keçirilib.

IDEA-dan "Unikal"a bildirilib ki, kampaniyaya qoşulan 80-ə yaxın qurum və təşkilat yerli vaxtla saat 20:30-dan başlayaraq inzibati binalarının fasad işıqlarını bir saatlıq söndürüblər. Bununla yanaşı, ölkəmizin müxtəlif şəhər və rayonlarında yaşayan yüzlərlə gənc də fərdi olaraq bu aksiyaya qoşulmaqla, ətraf mühitin mühafizəsi istiqamətində həmrəylik nümayiş etdirib.

Beynəlxalq “Yer saatı” kampaniyasının Azərbaycan üzrə rəsmi əlaqələndiricisi olan IDEA İctimai Birliyi bu il ölkəmizdə keçirilən “Yer saatı 2026” kampaniyasına qoşulan bütün qurum və təşkilatlara və fərdi iştirakçılara təşəkkür edir.

Qeyd edək ki, bu il dünyada “Yer saatı”nın 20 illiyi qeyd olunur. Azərbaycan bu qlobal kampaniyanı dəstəkləyən ölkələrin siyahısına 2011-ci ildə qoşulub və o vaxtdan bəri kampaniya hər il IDEA-nın dəstəyi ilə ölkəmizdə keçirilir.

Dünyada ətraf mühitə həsr olunmuş ən böyük hərəkatlardan biri kimi , “Yer saatı” milyonlarla insanı iqlim dəyişikliyinin dayandırılması uğrunda səfərbər edir.

Seçilən
32
21
unikal.az

10Mənbələr