AZ

Azərbaycanda “Yer saatı 2026” beynəlxalq kampaniyası qeyd edilib (FOTO)

Bakı. Trend:

Martın 28-də “Yer saatı” beynəlxalq kampaniyasının Azərbaycanüzrə rəsmi əlaqələndiricisi olan IDEA İctimai Birliyinin vəÜmumdünya Təbiəti Mühafizə Fondunun (WWF) birgə təşkilatçılığı ilə“Yer saatı 2026” (Earth Hour 2026) beynəlxalq kampaniyasına həsrolunmuş kütləvi aksiya keçirilib.

IDEA-dan Trend-əbildirilib ki, kampaniyaya qoşulan 80-ə yaxın qurum və təşkilatyerli vaxtla saat 20:30-dan başlayaraq inzibati binalarının fasadişıqlarını bir saatlıq söndürüblər. Bununla yanaşı, ölkəmizinmüxtəlif şəhər və rayonlarında yaşayan yüzlərlə gənc də fərdiolaraq bu aksiyaya qoşulmaqla, ətraf mühitin mühafizəsiistiqamətində həmrəylik nümayiş etdirib.

Beynəlxalq “Yer saatı” kampaniyasının Azərbaycan üzrə rəsmiəlaqələndiricisi olan IDEA İctimai Birliyi bu il ölkəmizdəkeçirilən “Yer saatı 2026” kampaniyasına qoşulan bütün qurum vətəşkilatlara və fərdi iştirakçılara təşəkkür edir.

Qeyd edək ki, bu il dünyada “Yer saatı”nın 20 illiyi qeydolunur. Azərbaycan bu qlobal kampaniyanı dəstəkləyən ölkələrinsiyahısına 2011-ci ildə qoşulub və o vaxtdan bəri kampaniya hər ilIDEA-nın dəstəyi ilə ölkəmizdə keçirilir.

Dünyada ətraf mühitə həsr olunmuş ən böyük hərəkatlardan biri kimi, “Yer saatı” milyonlarla insanı iqlim dəyişikliyinindayandırılması uğrunda səfərbər edir.

Azərbaycanda
Azərbaycanda
Azərbaycanda
Azərbaycanda
Azərbaycanda
Azərbaycanda
Azərbaycanda
Azərbaycanda
Seçilən
3
19
az.trend.az

10Mənbələr