ABŞ-da Donald Trampın siyasətinə və İrandakı müharibəyə qarşı çoxsaylı etiraz aksiyaları keçirilib.
Publika.az xəbər verir ki, təşkilatçıların məlumatına görə, ölkənin müxtəlif şəhərlərində təxminən 3300 etiraz tədbiri keçirilib və ümumilikdə 8 milyon insan iştirak edib.
Nyu-York, Vaşinqton, Boston, Los-Anceles, Dallas, Filadelfiya və digər şəhərlərdə "Krala yox" şüarı altında böyük nümayişlər keçirilib.
Etirazçıların veb saytında amerikalıları təhlükəyə atan "qanunsuz, fəlakətli müharibə" təsvir edilib.
Bəyanatda deyilir: "Bu, Amerikadır və hakimiyyət xalqa məxsusdur, kral olmaq istəyənlərə və ya onların milyarder dostlarına deyil".