AZ

Müşviq Abbasov: “Elnurun dəfn mərasimində “Parni iz Baku”dan heç kimi görmədik”

Bir neçə gün öncə vəfat edən KVN-in qurucularından biri Elnur Məmmədovun dəfninə komandadan heç kim getməyib.

Bizim.Media xəbər verir ki, bu barədə “Bu şəhərdə” prodakşnın rəhbəri Müşviq Abbasov məlumat yayıb.
 

“Dünən 20-ci əsrin çempionu olan “Parni iz Baku” KVN komandasının yaradıcılarından biri və birincilərindən olan, komandanın baş müəllifi, üzərimdə və yəqin ki, komandanın bir çox üzvlərinin üzərində haqqı olan Elnur Məmmədovu bu dünyadan yola saldıq.


Mən və Vaqif Gərayzadə məsciddə, yuyulma mərasimində Bəhram Bağırzadəni gördük. Amma qəbiristanlıqda, dəfn mərasimində “Parni iz Baku"dan heç kimi görmədik. Orada KVN-şiklərdən, məndən və Elnurdan başqa heç kim yox idi.

Yəqin kimsə burada deyildi, kimsə müalicədə idi, kimsə daha ciddi işlə məşğul idi, kimsə bunu özünə borc bilmədi, kimi isə ona Elnura borc bilmədi.

Amma elə insanlar var ki, onları son mənzilə yola salmaq borc yox, vicdan məsələsidir. Əgər vicdan varsa...

Bəlkə də kapitan - Anar Məmmədxanov bu dünyada olsaydı, Elnuru o dünyaya yola salmağa komandadan çoxları gələrdi...

Nə isə... Allah Elnura rəhmət eləsin!

Elnurun o dünyasındakı eli nurla dolsun.

Bu dünyada zarafatları ilə sanki bir cənnət bəxş edən Elnurun yeri də cənnət olsun. Amin!”, - deyə, Abbasov bildirib.

Sara, Bizim.Media

Seçilən
31
10
bizim.media

10Mənbələr