Bakı. Trend:
Qara dənizdə türk tankerinə edilən dron hücumu ilə bağlıTürkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Trend xəbər verirki, nazirlik xam neft daşıyan, “ALTURA” adlı, Sierra Leone bayrağıaltında üzən və türk şirkəti tərəfindən idarə olunan tankerin bugün Qara dənizdə hücuma məruz qalmasını böyük narahatlıqlaqarşıladığını bildirib.
Açıqlamada qeyd olunub: “Hücumla bağlı müvafiq qurumlarımıztərəfindən zəruri araşdırmalar və texniki müdaxilələr aparılır.Gəmidə olan 27 nəfərlik türk heyətinin sağlamlıq vəziyyətinin yaxşıolduğu öyrənilib. Qara dənizdəki Müstəsna İqtisadi Zonamızdaxilində baş verən və beynəlxalq hüquqa zidd olan bu və bunabənzər hücumlar bölgədə insan həyatı, əmlak, naviqasiya və ətrafmühit təhlükəsizliyi baxımından ciddi risklər yaradır. MüharibəninQara dəniz akvatoriyasına yayılmasının və daha da gərginləşməsininqarşısını almaq məqsədilə aidiyyəti tərəflərlə təmaslarımızı davametdiririk”.
Bildirilib ki, bu çərçivədə Türkiyə bölgədəki iqtisadimaraqlarını və fəaliyyətlərini qorumaq məqsədilə beynəlxalq hüquqçərçivəsində zəruri tədbirlər görmək hüququnu özündə saxlayır.