AZ

"Rəqibin kimliyindən asılı olmayaraq, qalib gəlməliyik" - Emin Mahmudov

Azərbaycan millisinin kapitanı Emin Mahmudov “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində martın 27-də Sent Lüsiya yığması ilə keçirəcəkləri oyun haqqında danışıb.

"Unikal" xəbər verir ki, yarımmüdafiəçi matçdan əvvəl təşkil olunan mətbuat konfransında meydana qələbə qazanmaq üçün çıxacaqlarını deyib: 

“2026-cı ildə ilk oyunumuz olacaq. Buna görə də yaxşı oyun göstərməyə çalışacağıq. Nəticə bizim üçün vacibdir. Qələbə qazanmaq istəyirik. Milli səviyyəsində asan oyun olmur. Rəqibin kimliyindən asılı olmayaraq, qalib gəlməliyik”.

Seçilən
54
2
unikal.az

5Mənbələr