Azərbaycan millisinin kapitanı Emin Mahmudov “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində martın 27-də Sent Lüsiya yığması ilə keçirəcəkləri oyun haqqında danışıb.
"Unikal" xəbər verir ki, yarımmüdafiəçi matçdan əvvəl təşkil olunan mətbuat konfransında meydana qələbə qazanmaq üçün çıxacaqlarını deyib:
“2026-cı ildə ilk oyunumuz olacaq. Buna görə də yaxşı oyun göstərməyə çalışacağıq. Nəticə bizim üçün vacibdir. Qələbə qazanmaq istəyirik. Milli səviyyəsində asan oyun olmur. Rəqibin kimliyindən asılı olmayaraq, qalib gəlməliyik”.