Türkiyənin Antalya şəhərində keçirilən Parataekvondo üzrə Türkiyə Açıq Beynəlxalq Turnirində parataekvondoçumuz İmaməddin Xəlilov bürünc medal qazanıb. K44 kateqoriyasında 70 kq çəki dərəcəsində mübarizə aparan paralimpiyaçımız 1/8 finalda İvan Ovcharov (Rusiya), 1/4 finalda isə Mehmet Ünal (Türkiyə) üzərində qələbə qazanaraq yarımfinala yüksəlib. Yarımfinaladək irəliləyən idmançımız Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandıran beynəlxalq turniri bürünc medalla başa vurub. İRADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta