EN

İmaməddin Xəlilovdan Türkiyə Açıq Beynəlxalq Turnirində bürünc medal...



Türkiyənin Antalya şəhərində keçirilən Parataekvondo üzrə Türkiyə Açıq Beynəlxalq Turnirində parataekvondoçumuz İmaməddin Xəlilov bürünc medal qazanıb. K44 kateqoriyasında 70 kq çəki dərəcəsində mübarizə aparan paralimpiyaçımız 1/8 finalda İvan Ovcharov (Rusiya), 1/4 finalda isə Mehmet Ünal (Türkiyə) üzərində qələbə qazanaraq yarımfinala yüksəlib. Yarımfinaladək irəliləyən idmançımız Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandıran beynəlxalq turniri bürünc medalla başa vurub. İRADƏ
Chosen
28
1
baki-xeber.com

5Sources