İran ABŞ-nin mümkün quru əməliyyatına hazırlıq məqsədilə Xarq adasına əlavə hərbi personal və hava hücumundan müdafiə sistemləri yerləşdirir.
Hakimiyyet.az xəbər verir ki, bu barədə CNN-in ABŞ kəşfiyyat mənbələrinə istinadən bildirir.
Mənbələrə görə, İran həmçinin adanın ətrafında və sahil xəttinə ABŞ qoşunlarının potensial olaraq eniş edə biləcəyi ərazilərdə piyada əleyhinə və tank əleyhinə minalar yerləşdirib.