AZ

İran Xarq adasının ətrafına mina hasarı çəkir

İran mümkün ABŞ quru əməliyyatına hazırlıq məqsədilə Xarq adasına əlavə hərbi personal və hava hücumundan müdafiə sistemləri yerləşdirir.

Musavat.com xəbər verir ki, məlumatı CNN ABŞ kəşfiyyat mənbələrinə istinadən yayıb.

Bildirilir ki, ABŞ kəşfiyyatına görə, İran həmçinin adanın ətrafında və sahil xəttinə ABŞ qoşunlarının potensial olaraq eniş edə biləcəyi ərazilərdə piyada əleyhinə və tank əleyhinə minalar yerləşdirib.

Keçmiş Müttəfiq Qüvvələrinin Avropa üzrə Ali Komandanı Ceyms Stavridis kanala bunun təhlükəli olduğunu bildirib: "Mən bundan çox narahat olardım... İran həm dənizdə, həm də quru qüvvələrinin onların ərazisinə enişindən sonra ABŞ qüvvələri arasında maksimum itki ilə nəticələnməsini təmin etmək üçün əlindən gələni edəcək".

Musavat.com

Seçilən
63
2
musavat.com

5Mənbələr