AZ

Azərbaycan Almaniya iqtisadiyyatına investisiya qoyuluşunu üç dəfəyə yaxın artırıb

Bakı. TurkicWorld:

2025-ci ildə Almaniyanın Azərbaycana birbaşa investisiyalarının həcmi 26,334 milyon ABŞ dolları təşkil edib.

TurkicWorld bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 49 milyon dollar və ya 2,9 dəfə azdır.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Almaniyadan reallaşan investisiyaların payı 0,4% təşkil edib.

Azərbaycan isə öz növbəsində 2025-ci il ərzində Almaniya iqtisadiyyatına 61,733 milyon dollar sərmayə qoyub ki, bu, əvvəlki ildəki göstərici ilə müqayisədə 38,8 milyon dollar və ya 2,7 dəfə çoxdur.

Birbaşa xarici investisiyaların ümumi həcmində Azərbaycandan Almaniyaya yatırılan investisiyaların xüsusi çəkisi 2,4% təşkil edib.

2024-cü il ərzində Almaniyadan Azərbaycana birbaşa investisiyaların ümumi həcmi 75,297 milyon dollar, əks istiqamətdə isə 22,935 milyon dollara bərabər olmuşdu.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 6,595 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ildəki göstəriciyə nisbətən 450,9 milyon ABŞ dolları və ya 6,4% azalma deməkdir.

Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 765,4 milyon ABŞ dolları və ya 43,4% çoxdur.

Seçilən
25
34
turkic.world

10Mənbələr