AZ

Azərbaycan bu ölkəyə investisiya qoyuluşunu 82 dəfə artırıb

2025-ci ildə Azərbaycanın Oman iqtisadiyyatına birbaşa investisiyalarının həcmi 14,064 milyon ABŞ dolları təşkil edib.
 
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
 
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 13,893 milyon dollar və ya 82,2 dəfə çoxdur.
 
Hesabat ilində Azərbaycandan birbaşa investisiyaların ümumi həcmində Omana reallaşan investisiyaların payı 0,6% təşkil edib.
 
2024-cü il ərzində Azərbaycandan Omana birbaşa investisiyaların ümumi həcmi 171 min ABŞ dollarına bərabər olmuşdu.
 
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 6,595 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ildəki göstəriciyə nisbətən 450,9 milyon ABŞ dolları və ya 6,4% azalma deməkdir.
 
Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 765,4 milyon ABŞ dolları və ya 43,4% çoxdur.
 
 
Seçilən
14
27
hit.az

10Mənbələr