AZ

Tehran İslamabad danışıqlarının Vaşinqtonun yeni hiyləsi olacağından ehtiyatlanır

İran rəhbərliyi ABŞ-ın İslamabadda danışıqlar aparmaq təklifinin bir hiylə ola biləcəyini düşünr.

Musavat.com xəbər verir ki, məlumatı Axios mənbələrə istinadən yayıb. Bildirilir ki, İran nümayəndələri Pakistan, Misir və Türkiyədən olan vasitəçilərə bildiriblər ki, ABŞ desant qoşunlarının Yaxın Şərqə yerləşdirilməsi "sülh danışıqları təklifinin bir hiylə ola biləcəyinə dair ehtimallarını gücləndirib". Axios-a görə, İran nümayəndələri qeyd edirlər ki, ötən ilin iyun ayında və bu ilin 28 fevralında İrana hücumlar danışıqlar prosesinin ortasında baş verdiyindən, Tehrandakılar "yenidən aldanmaq istəmirlər".

Nəşr qeyd edir ki, ABŞ danışıqlar üçün əsas kimi İrana təqdim edilən münaqişənin sona çatmasına dair 15 maddəlik planı nəzərdən keçirir. Axios-a görə, ABŞ administrasiyasının rəsmiləri Tehranın əvvəlki danışıqlar zamanı etmək istəmədiyi güzəştlərə getməyə hazır olub-olmadığını müəyyən etməyə ümid edirlər. Ağ Evdəki mənbə Axios-a bildirib ki, ABŞ hələ də İrana qarşı əməliyyatın quru mərhələsinə keçmək imkanını nəzərdən keçirir, lakin hələlik yekun qərar verilməyib.

Musavat.com

Seçilən
14
50
musavat.com

10Mənbələr